Home Manşet Anar Məmmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik salnaməmizin ən şərəfli səhifəsi...

Anar Məmmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik salnaməmizin ən şərəfli səhifəsi yazılır

381
0
SHARE

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxilixarici siyasət kursu dayanır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxilolub. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxilixaricisiyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezidentİlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur.

Azərbaycan bu gün  Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son17 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçünolduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilknövbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunubsaxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadiinkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin realehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bununla yanaşı, ölkənin artan imkanları  hesabına insan kapitalının formalaşması, əhalinin sosialtəminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir.

Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milliinkişaf doktrinasının başlıca hədəflərini təşkil edən moderninnovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorundaislahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın busahəsinin inkişafına güclü təkan vermişdir. Həmçinin, məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeliformalaşdırılmış, işsizliyinyoxsulluğunsəviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. 

Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modernislahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Ötən dövrgöstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davametdirilməsində mühüm amil olmuşdur. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehribanxanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurlahəyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onuntəşəbbüsü ilə təhsil sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi onu xalqüçün əziz insana çevirmişdir.

Ötən 17 ildə bütün digər istiqamətlərdə olduğukimi, müasir ordu quruculuğu istiqamətində də mühümaddımlar atıldı, Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu. Bu gün şanlı Azərbaycan Ordusu Füzuli, Xocavənd, Cəbrayıl, Tərtərrayonlarının bir sıra kəndlərini, Suqovuşan kəndini, Hadrut qəsəbəsini, Cəbrayıl və Füzuli şəhərlərini, Zəngilan rayonu və bir sıra kəndlərini düşməndən təmizləyərək öz müzəffər yürüşünü davam etdirir, AliBaş Komandanın dediyi kimi düşmənə dərs verirözuğurlu əməliyyatları ilə Azərbaycan xalqını sevindirir, sözlə ifadəsi mümkün olmayan hislər yaşadır.Azərbaycan xalqı öz Prezidentinə, onun komandanlığı ilə qələbələr qazanan rəşadətli Ordumuza inanır və yaxın günlərdə üçrəngli bayrağımızın Xankəndi, Şuşa və digər yaşayış məskənləri üzərində dalğalanacağına əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən ordumuzu alqışlayır, düşmənə tezliklə diz çökdürməsini, qələbə çalmasını arzulayırıq. Qələbə bizimlədir!