Ermənistanda koronavirusa yoluxanların sayı 92 254 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2441 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 23 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 364 nəfər koronavirusdan ölüb.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.