Home Manşet Gürcüstanda seçkilər normal şəraitdə keçdi – Arzu Nağıyev

Gürcüstanda seçkilər normal şəraitdə keçdi – Arzu Nağıyev

360
0
SHARE

Gürcüstanda seçkilər normal şəraitdə keçdi.

Bunu Trend-ə açıqlamasında Gürcüstanda seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, verilən ilkin məlumatlara görə, ciddi insident baş verməyib. Seçki prosesi pandemiya tələblərinə uyğun formada keçirilib. Gürcüstanda Mərkəzi Seçki Komissiyasının (MSK) verəcəyi yekun qərar gözlənilir.

Seçkinin yekun nəticəsi ilə bağlı Gürcüstan MSK-nın mətbuat konfransı olacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçirilib. Səhər saatlarında olan rəsmi açıqlamalara görə, lider olan “Gürcü Arzusu” partiyası 49,98 faiz səs toplayıb