Home Dünya xəbərləri İranda koronavirusla əlaqədar vilayətlərə giriş-çıxış bağlandı

İranda koronavirusla əlaqədar vilayətlərə giriş-çıxış bağlandı

309
0
SHARE

Sabahdan etibarən İranın 25 vilayətinin mərkəzinə giriş-çıxış məhdudiyyəti tətbiq olunur.

Trend-in məlumatına görə, bunu İranın Koronavirusla Mübarizə Milli Qərargahının təhlükəsizlik, ictimai və hüquq-məsələləri üzrə komitəsinin sədri və İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.

H.Zülfüqarinin sözlərinə görə, məhdudiyyətlərə əsasən 25 vilayətdən şəxsi avtomobillərlə çıxışlar və bu vilayətlərə şəxsi avtomobillərlə girişlər qadağandır.

Nazir müavini əlavə edib ki, İranda tətbiq olunan bu məhdudiyyətlər 6 noyabradək davam edəcək:

“Qaydaları pozanlar 5 milyon rial (təxminən 119 dollar) dəyərində cərimə olunacaq.

Hüquq-mühafizə, müalicə, xidmətlər, yükdaşıma və digər vacib sahələr üzrə avtomobillərin hərəkətinə qadağalar tətbiq olunmayıb.

Qeyd edək ki, bu günədək (1 noyabr) İranda 620 491 nəfər koronavirusa yoluxub, 35 298 nəfər bu virusdan ölüb, 486 691 nəfər sağalıb. Son günlərdə İranda koronavirusun yeni dalğası müşahidə olunduğuna görə, müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlayıb.