Home Manşet Oğlumun Qarabağda döyüşdüyünü ölüm xəbərini alanda bildim – Livan vətəndaşı

Oğlumun Qarabağda döyüşdüyünü ölüm xəbərini alanda bildim – Livan vətəndaşı

366
0
SHARE

Ermənistan tərəfdən başqa ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiq olunub.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyinin yaydığı bir reportajda məlumat verilib.

Reportajda Livaınn erməni əsilli vətəndaşlarının necə Ermənistana yollandığı, düşərgələrdə hərbi təlimlər keçməsindən bəhs olunur.

Reportajda Vartkes adlı Livan vətəndaşı barədə qeyd olunub. Bildirilib ki, Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi.

Yazıdan məlum olur ki, əslində Livandakı ağır iqtisadi vəziyyətə görə Ermənistana üz tutanlar sonradan döyüşlərə cəlb olunub.

Reportajda haqqında danışılan döyüş təlimatçısı bu vaxta kimi 10 müxtəlif hərbi düşərgədə təlimlər keçdiyini bildirir. Hətta Livanın da münaqişəyə cəlb olunması üçün ciddi təbliğat işləri aparılıb, Livanda müxtəlif avtomobil yollarında “Azəri təcavüzünü dayandırın” yazılı lövhələr asılıb.

Reportajda həmçinin qeyd olunur ki, Kevork Hacyan adlı Livan vətəndaşının anası bildirir ki, oğlunun Qarabağda döyüşdüyünü və öldüyün qardaşı ona deyəndə bilib, bu vaxta kimi onun döyüşlərdə olduğunu bilmirmiş: “Oğlumun Qarabağda döyüşdüyünü ölüm xəbərini alanda bildim”.