Home Manşet Politoloq Şəbnəm Həsənova cənab Prezident İlham Əliyevin 17 illik fəaliyyəti haqqında danışıb

Politoloq Şəbnəm Həsənova cənab Prezident İlham Əliyevin 17 illik fəaliyyəti haqqında danışıb

443
0
SHARE

Şəbnəm Həsənova cənab Prezident İlham Əliyevin 17 illik fəaliyyəti haqqında Real TV-nin Xəbərlər-inə müsahibə verib. Politoloq müsahibəsində bildirib:

“Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli maraqlarını əsas tutan cənab Prezident İlham Əliyev müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etdi. Ölkənin iqtisadi sistemi yenidən formalaşdırıldı, güclü iqtisadi potensial yaradıldı. Dünyanın bir çox dövlətləri ilə ikitərəfli və çoxtərəfli istiqamətdə əməkdaşlıq genişləndirildi. Dünya dövlətlərinin bir çoxunun iqtisadiyyatı koronavirusa tab gətirə bilmədiyi bir vaxtda cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə sosial layihələr və islahatlar davam etdirilir, dövlət başçısı həmin layihələrin icrası ilə şəxsən tanış olur, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. Karbohidorgen ehtiyatlarının hasilatı və ixracında inqilabi addımlar atıldı.

 

Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, Dünya Dini liderlərinin Zirvə görüşləri kimi bir sıra beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsi buna bariz nümunədir. Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına sədrlik edir, elə son günlərdə BMT-nin iclası zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin Azerbaycanın haqq səsini dəstəkləməsi bu addımın nə qədər uzaqgörən bir addım olduğundan xəbər verir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu Ermənistan ordusunu hər keçən gün bir az daha çox məhv edir. Elə cənab Prezidentin öz nitqinə istinadən: “İdman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”.

 

Cənab Prezidentin fəaliyyəti nəticəsində bu gün ölkəmiz dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut edir. Biz onun bəhrəsini bu gün Vətən müharibəsi zamanı görürük ki, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində yürütdüyü haqq savaşını dəstəkləyir. Buna səbəb, eyni zamanda, Azərbaycanın dünyada sabitlik məkanı, tolerant ölkə kimi tanınmasıdır. Bu gün dünya ölkələrinin bir çoxunda ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin artdığının, hətta bəzi dairələrin dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törətdiyinin şahidi oluruqsa, belə bir çətin şəraitdə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın, sözün həqiqi mənasında, əsl tolerantlıq nümunəsi olduğunu görürük.”

 

 

 

 

 

 

IMG_9908