Home Manşet Vətəndaşlarımız bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, –...

Vətəndaşlarımız bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər – Mövlud Çavuşoğlu

175
0
SHARE

Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Mövlud Çavuşoğlu bildirib:

“Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq.

Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır”.