Home Manşet Ermənistan ordusunda həm də Rusiyadan, Fransadan, Argentinadan, ABŞ-dan olan muzdlular da döyüşür

Ermənistan ordusunda həm də Rusiyadan, Fransadan, Argentinadan, ABŞ-dan olan muzdlular da döyüşür

379
0
SHARE

“Azərbaycan dəfələrlə bildirmişdi ki, Ermənistan Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçularından orduda geniş stifadə edir. Bu faktlar bu gün öz təsdiqini bir daha tapır və məlum olur ki, Ermənistan tərəfdə nəinki təkcə Livandan və Suriyadan eyni zamanda, Rusiyadan, Fransadan, Argentinadan, ABŞ-dan olan muzdlular da döyüşür. Rusiyadan olanlar isə hətta özlərinə “Rusiya mənim ölkəm, Ermənistan isə mənim vətənimdir” deyə bir şüar da seçiblər”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, ideoloji cəhətdən ermənilər üçün mübarizə apardıqlarını bildirən bu insanlar isə ayda 1500 dollar maaşla təmin olunduqlarını da etiraf edirlər: “Maliyyə dəstəyi isə erməni diasporuna daxil olan və dünyanın müxtəlif ölkələrində yaşayan erməni əsilli işadamlarıdır. Əvvəlcə, arxa cəbhədə təlimlərə cəlb edilən muzdluların orduya mütəşəkkil olmayan şəkildə gəldiklərini söyləməsi düşünürəm ki, Ermənistan ordusunda olan özbaşınalıqdan, eyni zamanda vahid mərkəzdən idarə olunmamaqdan xəbər verir”.

Politoloq bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi beynəlxalq kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində dəqiq rəqəm vermədən Argentina və ABŞ-dan da yüzlərlə adamın döyüş təlimi keçmək üçün Ermənistana getdiyini bildirir: “Livanda yaşayan və dünyanın ən böyük icmalarından biri hesab olunan 140.000 erməni mənşəli bir icma nəğd pul şəklində maddi yardım da göndərir. Bundan əlavə, Yerevanda döyüş təlimatçısı olan, eyni zamanda yerli və xarici muzdluları yetişdirən Karapet Agacanyan Reuters agentliyinə təxminən 10 Livan-ermənisinin düşərgəsində təlim keçdiyini də söyləyib”.

Ş.Həsənova vurğulayıb ki, Livandakı maliyyə böhranı səbəbilə Ermənistana getməyə məcbur olan insanlar heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacaqlarını ağıllarına belə gətirmirdilər: “Livandakı ağır iqtisadi vəziyyətə görə Ermənistana üz tutan insanlar da sonradan döyüşlərə məcburi qaydada cəlb olunublar. Livandan olan döyüş təlimatçıları bu vaxta kimi müxtəlif hərbi düşərgələrdə təlimlər keçirlər. Bu müddət ərzində Livanın da münaqişəyə cəlb olunması üçün ciddi təbliğat işləri də aparılıb. Hətta Livanda müxtəlif avtomobil yollarında “Azərbaycan təcavüzünü dayandırın” yazılı lövhələr də asılıb ki, düşünürəm ki, bu yolla ermənilər dünyanın hər yerində azərbaycanlılara qarşı düşmənçilik toxumları səpməyə davam edir. Eyni zamanda vəziyyət o qədər acınacaqlıdır ki, Livan vətəndaşlarının anaları bildirir ki, oğullarının Qarabağda döyüşdüyünü öldüklərini xəbər tutandan sonra biliblər”.