Home Dünya xəbərləri Ermənistanda koronavirusdan ölənlərin sayı 1400-ə çatır

Ermənistanda koronavirusdan ölənlərin sayı 1400-ə çatır

180
0
SHARE

Ermənistanda koronavirusa yoluxanların sayı 93 448 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 194 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 391 nəfər koronavirusdan ölüb, 35 215 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.