Ermənistanda koronavirusa yoluxanların sayı 93 448 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 194 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 391 nəfər koronavirusdan ölüb, 35 215 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.