Home Manşet İndi Ermənistanı bütün cəbhələrdə yalnız məğlubiyyət gözləyir

İndi Ermənistanı bütün cəbhələrdə yalnız məğlubiyyət gözləyir

336
0
SHARE

 

​Son 27 ildə atəşkəs rejimi dövründə dəfələrlə hərbi təxribatlarla, Azərbaycanı müharibə ilə təhdid etməklə danışıqlar prosesini pozmağa çalışan Ermənistan hər dəfə layiqlicavabını almışdır. Bu gün isə illərdir danışıqların imitasiyasını həyata keçirən rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Siyasimüstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən təcavüzkar Ermənistan hakimiyyəti hərb meydanında başından elə bir zərbə alıb ki, artıq yeni yaranmış reallıqlar haqdadüşünməlidir.

​Bildiyimiz kimi son zamanlarda siyasi qarşıdurma, hərc-mərcliyin hökm sürməsi, revanşist meyllərin güclənməsi, Paşinyan hakimiyyətinin iflasa uğraması kimi hallar işğalçı dövlətdə ciddi problemə çevrilməyə başlamışdı. Sentyabrın 27-dən etibarən isə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyətin gərginləşməsi Ermənistanın sosial media və onlayn resurslarında olanneqativlərin qabardılması, iqtisadi tənəzzül, sosial fəlakətin sonhəddə çatmasına gətirib çıxardı. Nəticədə isə vəziyyətdən çıxış yolu kimi beynəlxalq hüququn norma və prinsiplərini kobudşəkildə pozan işğalçı dövlətin hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyihərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları, muzdluları və yaraqlıları, əcnəbi vətəndaşları,  hətta  silah götürməyin qadağanolunduğu adventistləri zorla orduya cəlb edir. Bununla da bizPaşinyan rejiminin təcavüzkarlıq, işğalçılıq mahiyyətini açıq şəkildə görürük.  Bu, bir daha göstərir ki, Azərbaycanın döyüşmeydanında uğur əldə etməsi ermənilərin müharibədən yayınmaq üçün min bir çıxış yolu axtarmasına gətirib çıxarıb. Bütün bunlar isə Ermənistan ordusunda ciddi qorxuya və psixoloji pozuntuya səbəb olub. Ön cəbhəyə göndərməyə artıq resurs yoxdur. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakterdaşıyır. Ağır itkiləri görən sadə əsgərlər belə döyüşlərə qatılmaqdan imtina edirlər. Ümumiyyətlə isə, birmənalı şəkildə təsdiq etmək olar ki, ermənilərin itkiləri kifayət qədər çoxdur.Bunu sosial şəbəkə hesablarında ermənilərin özləri də etiraf edirlər. Lakin Ermənistan tərəfi ölkə ictimaiyyətinin ayağa qalxmaması üçün ölüm halları ilə bağlı iri rəqəmləri birdən-birə açıqlamır, həmişə olduğu kimi, yenə də riyakar üsullara əl atmalı olur

​Azərbaycan Ordusu isə heç kimin ərazisinə hücum etməyib və öz ölkəsinin sərhədlərini qoruyur. Bu yolda böyükqəhrəmanlıqlar, şücaətlər göstərir. Təcavüzkarı isə lazımınca cəzalandırır. Ermənistan nəhayət bilməlidir ki, indi keçən əsrin 90-cı illəri deyil və bundan sonra onu istər Qarabağ, istərsə də digər cəbhələrdə yalnız məğlubiyyət gözləyir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı