Home Energetika TAP regiona qaz tədarükü strukturunu şaxələndirməyə kömək edəcək – “Wood Mackenzie”

TAP regiona qaz tədarükü strukturunu şaxələndirməyə kömək edəcək – “Wood Mackenzie”

196
0
SHARE

Trans-Adriatik boru kəməri (TAP) idxaldan çox asılı olan regiona qaz tədarükü strukturunu şaxələndirməyə kömək edəcək.

Bunu Trend-ə “Wood Mackenzie” şirkətinin analitiki Yekaterina Filippenko deyib.

Onun sözlərinə görə, qaz hələlik enerji transformasiyasında vacib rol oynamaqda davam edəcək:

“Qaz İtaliyanın enerjiyə olan ümumi tələbatının təxminən 40 faizini təşkil edir. TAP regiona stabil qaz tədarükünün təmin olunmasına kömək edəcək. Bundan başqa, layihə İtaliyanın cənub və şimalı arasında qaz axınını stimullaşdırmaqla ölkənin daxili qaz bazarının inkişafına yol açacaq”.

Analitik bildirib ki, TAP və onun potensial genişlənməsi tədarükün müxtəlifliyini və təhlükəsizliyini təkmilləşdirəcək, regionun əsas qaz bazarlarının inteqrasiyasına kömək edəcək:

“TAP hazırda kommersiya əməliyyatlarına hazırlığı başa çatdırır. Boru kəməri ilə Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sisteminin birləşmə nöqtəsinin 2020-ci ilin noyabrın ortasınadək başa çatması gözlənilir”.