Home Manşet Türk Şurası və Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq – Bağdad...

Türk Şurası və Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq – Bağdad Amreyev

274
0
SHARE

Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib.

Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq.

Trend xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı söyləyib.

“Lazımi bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə fikrimi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır”, – deyə Bağdad Amreyev bildirib.