Home İqtisadiyyat Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək

Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək

212
0
SHARE

Türk Ticarət-Sənaye Palatasının növbədənkənar iclası noyabrın 2-də Bakıda “Azərbaycana dəstək” şüarı ilə keçiriləcək.

Trend bu barədə Türk Şurasının Katibliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, iclas başlamazdan əvvəl Türk Şurasının baş katibi və ticarət-sənaye palatalarının prezidentləri görüşün keçirildiyi yerdən Dağlıq Qarabağda müharibədən zərər çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım və avadanlıq daşıyan yük maşını yola salınacaq.

İclas “Azərbaycana dəstək” şüarı ilə keçiriləcək və “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni erası” mövzusunda təqdimat baş tutacaq.