Home Manşet Baş nazir Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Baş nazir Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib

352
0
SHARE

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.