Home Manşet İranın mövqeyi Azərbaycan ərazilərinin işğalına son qoyulmasına əsaslanır – Səfir

İranın mövqeyi Azərbaycan ərazilərinin işğalına son qoyulmasına əsaslanır – Səfir

297
0
SHARE

İranın mövqeyi Azərbaycanın ərazilərinin işğalına son qoyulması, ərazi bütövlüyünün tanınması və separatizmə son qoyulması prinsipindən ibarətdir.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, İranın bu mövqeyi beynəlxalq prinsiplərə əsaslanır.

Musəvi əlavə edib ki, İran Ermənistanla qonşudur və bu ölkə ilə sırf qonşuluq münasibətlərinə sahibdir. Lakin İran həm Ermənistana, həm də bütün dünyaya elan edib ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq prinsiplərə əsaslanır:

“İran bu sahədə şəffaf mövqe sərgiləyib. İranın müxtəlif siyasi dairələri və rəsmiləri, Ali Liderindən tutmuş digər bütün rəsmilərin mövqeyi bəllidir.

İranda bütün qərarlar Ali Lider Ayətulla Seyid Əli Xamneyinin təsdiqi əsasında öz əksini tapır. Ali Lider ötən gün çıxışında bəyan etdi ki, Ermənistanın işğal etdiyi Azərbaycana məxsus bütün ərazilər Azərbaycana qaytarılmalıdır və Azərbaycanın bu əraziləri işğaldan azad etməkdə haqqı və hüququ vardır”.

İran səfirinin sözlərinə görə, yaxşı olardı ki, Ermənistan bu torpaqları sülh yolu ilə geri qaytarardı və bu məsələ müharibə ilə nəticələnməzdi. Lakin hər bir halda Azərbaycanın hüququdur ki, öz torpaqlarını geri qaytarsın.