Home Manşet Şəbnəm Həsənova: Paşinyanın ibtidai riyazi savadı rəqəmlər arasındakı fərqi anlamağa imkan vermir

Şəbnəm Həsənova: Paşinyanın ibtidai riyazi savadı rəqəmlər arasındakı fərqi anlamağa imkan vermir

182
0
SHARE

Paşinyanın natamam şəxs, dövlət və dövlətçilikdən, hakimiyyətin nə demək olduğundan xəbərsiz biri olduğunu bilirdik. Bu küçə adamı indiyə kimi daha çox populist bəyanatlar, avantürist çıxışlar ilə diqqət çəkib. Son zamanlar səsləndirdiyi əsassız iddialarını dinlədikcə isə aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri də cəmləşdirib.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bu gün isə məlum olur ki, onun mental sağlamlığında da ciddi qüsurları mövcuddur:

“Belə ki, ard-arda yaşadığı məğlubiyyətlər səbəbi ilə adətən psixoloji travma keçirən baş nazir öz-özünü inkar etmə xəstəliyinə tutulub. Belə ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirərək İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdisə, indi o Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.

Vyanada baş vermiş hücumdan sonra Paşinyan səhvini etiraf edərək bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüfləndiyini qeyd edir. Artıq bu gün hamı görür ki, inqilabçı hökumət rəhbəri nəinki üzərinə düşən hüquq və vəzifələri yerinə yetirməkdən acizdir, eyni zamanda onun bir sözü digər sözü ilə uzlaşmır. O bu yolla tək öz aqibətini yox, xalqının da aqibətini üzü aşağı apardı, ümumiyyətlə isə hansı funksiyanı daşıdığını özü də hələ anlamış deyil. Saxta vədlər, səsləndirdiyi sərsəm açıqlamalarla tək özünə deyil, ölkəsinə necə ciddi fəlakətlər törətdiyinin fərqinə hələ də varmır. Paşinyan öz şəxsi ambisiyalarına görə bütövlükdə Ermənistanı qurban verməyə də hazırdır.

O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə də növbəti ağ yalan danışır. İstər hərbi-texniki təchizat və kadr potensialı, istərsə də maliyyə imkanları baxımından Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat üstündür. Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı mövcuddur. Daha dəqiq ifadə etsək, 2 milyon əhalisi olan Ermənistana qarşı vuruşan 10 milyon əhalidən və 10 minlərlə ehtiyatda olanlardan ibarət orduya malik olan Azərbaycanın əlavə yaraqlılara ehtiyacı belə yoxdur. O zaman dərhal sual oluna və şübhə yarana bilər ki, yəqin Paşinyanın ibtidai riyazi savadı bu rəqəmlər arasındakı fərqi anlamağa da imkan vermir”.