Home Manşet BMT Baş Assambleyasının COVİD-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

BMT Baş Assambleyasının COVİD-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

291
0
SHARE

BMT Baş Assambleyasının COVİD-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edildi.

Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün “Twitter” hesabında yazıb.

V.Bozkır əlavə edib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir.

Dünya liderləri qarşılaşdığımız bu ən böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVİD ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı müzakirə ediləcək”.

BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi “Twitter” səhifəsində qeyd edilib ki, BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronovirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.