Home Cəmiyyət “Odlar Yurdu” Gənclər İB media nümayəndələri ilə görüş keçirib (FOTO)

“Odlar Yurdu” Gənclər İB media nümayəndələri ilə görüş keçirib (FOTO)

347
0
SHARE

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər Təşkilatlarının Resurs Mərkəzində media nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi qarşılıqlı dostluq əlaqələrinin gücləndirilməsi və gələcək əməkdaşlıqların müzakirə olunması idi.

Trend-in məlumatına görə, İctimai Birliyinin sədri Nigar Ələsgərova bildirib ki, 27 sentyabr 2020 – ci il tarixindən qızğın döyüşlərin davam etdiyi bütün həftələr ərzində Ermənistan tərəfi vicdansızcasına yalan xəbərlər tirajlamaqdadır. 7 oktyabr 2020-ci il tarixindən etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi də ölkədə erməni yalanına qarşı, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində başladılan informasiya müharibəsində aktiv iştirak edir. Birlik #BeVoiceOfKarabakh adlı aksiya başladıb. Aksiya çərçivəsində #BeVoiceOfKarabakh adı altında “challenge”, “Stop Armenian Disinformation” petisiyası keçirir. Həmçinin, sosial şəbəkələrdə aktiv olaraq dünyaya həqiqətləri çatdırmaq istiqamətində gənclərin fəal iştirakını təmin edir.

Nigar Ələsgərova, əlavə edib ki, aksiya çərçivəsində, həmçinin Ermənistanın Gəncədə törətdiyi müharibə cinayəti haqqında məqalə hazırlanıb, 46 ölkədən 200-ə yaxın xarici mətbuat orqanına göndərilib. Ermənistanın həyata keçirdiyi müharibə cinayəti nəticəsində həlak olmuş uşaqlara diqqət çəkmək məqsədi ilə isə 120 beynəlxalq təşkilata bəyanat göndərilib.

Daha sonra İctimai Birliyin əməkdaşları Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi haqqında təqdimatla çıxış edib, layihə haqqında geniş məlumat veriblər.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “KönüllüSƏN” layihəsi haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib və birlik məhz bu il cari layihə çərçivəsində uğurlu könüllü simaları cəmiyyətə tanıtmaq və gəncləri könüllü fəaliyyətə ruhlandırmaq üçün “KönüllüSƏN” layihəsini icra edir.

2-3 noyabr tarixində baş tutan görüşlərin sonunda erməni vandallarının terrorçuluq əməllərini əks etdirən videoçarx nümayiş olunub. KİV nümayəndələrinin sualları cavablandırılıb.