Home Dünya xəbərləri Qazaxıstanda koronavirusa daha 432 nəfər yoluxub

Qazaxıstanda koronavirusa daha 432 nəfər yoluxub

180
0
SHARE

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 432 nəfər yoluxub.

Trend-in “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 113 741 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 106 893 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.