Home Manşet Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib – Hikmət Hacıyev (VİDEO)

Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib – Hikmət Hacıyev (VİDEO)

356
0
SHARE

Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

O bildirib: “Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb”.