Azərbaycan hökuməti Qarabağın erməni icmasına yaxşı yaşayış şəraiti yaratmağa hazırdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.
“Donara Rəhimova etnik ermənidir, Azərbaycan vətəndaşıdır. O Azərbaycanda xoşbəxt yaşamağa davam edir. Azərbaycan hökuməti Qarabağın erməni icması üçün eyni yaşayış şəraitini təmin etməyə hazırdır. Ermənilərin və azərbaycanlıların uyğunlaşa bilməməsi barədə irqçi açıqlama cəfəngiyatdır”.