Home Manşet Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir – Hikmət Hacıyev (FOTO)

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir – Hikmət Hacıyev (FOTO)

346
0
SHARE

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir”.

Prezidentinin köməkçisi əlavə edib: “Erməni terrorunun daha bir günahsız qurbanı. Bu gün Bərdədə Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı məqsədyönlü hücumları nəticəsində Şahmalı adlı 16 yaşlı gənc həlak olub. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi güc tətbiq edilməsinə zərurət yox idi”.