Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini elan edib.
Trend-in məlumatına görə, bu xəbərdən sonra hazırda Azərbaycan Xalqı əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd edirlər.