Home Cəmiyyət “Azersky” peyki ilə çəkilən Şuşa şəhəri (FOTO)

“Azersky” peyki ilə çəkilən Şuşa şəhəri (FOTO)

788
0
SHARE

Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsviri təqdim olunub.

Trend-in məlumatına görə, “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.

Bildirilib ki, əzəli torpağımız olan Şuşa daim erməni işğalçılarının diqqət mərkəzində olub. İşğal altında olduğu illər ərzində “Qafqazın sənət məbədi”, “Şərqin konservatoriyası” adlandırılan Şuşada erməni vandalları tərəfindən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin, əvəzolunmaz xanəndə Bülbülün ev-muzeyləri, Şuşa qalasının divarları, Pənah xanın sarayı, “Gövhər ağa”, “Mərdinli”, “Saatlı” məscidləri və digər dəyərli tarixi abidələr talan edilib və dağıdılıb. Ermənistan Şuşanın təbiətinə də ciddi zərər vurmaqla genişmiqyaslı ekoloji terror törədib. Lakin Ordumuzun zəfər yürüşü sayəsində tezliklə düşmənin vurduğu bütün yaralar sağalacaq!