Home Dünya xəbərləri Ermənistanda daha 2 175 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 2 175 nəfər koronavirusa yoluxdu

301
0
SHARE

Ermənistanda koronavirusa yoluxanların sayı 106 424 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 175 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 26 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 559 nəfər koronavirusdan ölüb, 40 281 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.