Home Gündəm Şəbnəm Həsənova: Mədəniyyətimizin beşiyi-Şuşa, Azərbaycanın muğam avazlı yarı- Şuşa

Şəbnəm Həsənova: Mədəniyyətimizin beşiyi-Şuşa, Azərbaycanın muğam avazlı yarı- Şuşa

312
0
SHARE

Bundan sonra 8 noyabr tarixi Azərbaycan tarixində böyük gündür, şanlı və müqəddəs gündür. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsini rəsmən elan etdikdən sonra respublikanın hər bir tərəfində bayram ab-havası yaşanır. İndi nəinki şuşalılar, bütün Azərbaycan o müqəddəs ocağa qayıdacağı günü səbirsizliklə gözləyir. Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu” deyən dövlətimizin başçısı İlham Əliyev 1982-ci ildə Şuşaya atası, xalqımızın ümummilli lideri Heydər Əliyevlə getmişdi, bu dəfə isə Şuşaya Prezident, Şuşanı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq ayaq basacaq, beləliklə də müqəddəs Qarabağ torpağına ayaq basan bir lider kimi tarixə düşəcək.

Bu sözləri tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq deyib: “Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” deyən Prezident bu gün Azərbaycan xalqını qürurlu xalq kimi dünyaya tanıdır. İndiyədək dövlət başçımız qətiyyətli siyasət yürüdüb, ölkəmizin mənafeyini hər yerdə əzmlə müdafiə edib. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Çünki Prezidentimiz xalqımızı oddan-alovlardan, məhv olmağın astanasından qurtaran Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyən Ümummilli Liderin nə qədər dahi və uzaqgörən şəxsiyyət olduğu hər keçən gün sübut olunur. Prezident İlham Əliyev bütün Azərbaycanın inamını və ümidlərini doğruldur”.

Ş.Həsənova qeyd edib ki, bütün uğurlarımız kimi, bu uğurumuzun da kökündə duran ən başlıca amil xalq-Prezident birliyidir. Bu gün böyükdən-kiçiyə hər kəsin dilində bir söz var, o da Ali Baş Komandan İlham Əliyev! Bu gün hər kəs onun çıxışlarını əzbər bilir. Bu gün hər kəs onun müraciətini dörd gözlə gözləyir. Bu gün onun hər bir sözü bizim üçün yaddaş kitabçasıdır. Bizə bu sevinci, qüruru, iftixarı yaşadan mərd Azərbaycan oğlu Ali Baş Komandan başda olmaqla, bütün əsgər və zabitlərimizdir. Müasir dünyamızda Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi bir daha təsdiq etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarix yazır və reallıqlar diktə edir. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Azərbaycanın şanlı, üçrəngli bayrağı Şuşada dalğalanır. “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar” deyə bir kəlam var. İndi isə bütün kəlamlarımızı sevinc gözyaşlarımız bəzəyir. İllər boyu gözəl Qarabağın, onun musiqi və poeziya beşiyi Şuşanın şərəfinə şairlərimiz şeirlər yazıblar. İndi isə hər bir siravi vətəndaş Şuşanın şanına şeirlər yazır, zümzümələr edir. Çünki nəinki Azərbaycanın, bütün Qafqazın incisi olan Şuşa mədəniyyətimizin beşiyidir, Şuşa Azərbaycanın muğam avazlı yarıdır. Şuşa, Qarabağ Azərbaycandır!

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Çox yaşa İlham Heydər oğlu Əliyev! Var olsun onun ən sadiq silahdaşı Mehriban xanım Əliyeva! Ruhunuz şaddır indi, Ulu Öndər!”, – deyə Şəbnəm Həsənova bildirib.

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm

Səni heca-heca oxşayıram mən,
Səni heca-heca əzizləyirəm;
Əlim ürəyimin üstündə hərdən
Şəhərdən-şəhərə gümüş qanadla
Göydə uça-uça əzizləyirəm.

Dağında vüqarlı qartal oluram,
Dünya ayağımın altında qalır…
Səndən uzaqlarda xəyal oluram
Həsrətdən gözümün kökü saralır.


Görüşə tələsən cavanlar kimi,
Saata baxıram qatarlarda mən.
Ən əziz, müqəddəs ünvanlar kimi,
Köksümün altında uyuyan Vətən!

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!


Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.