Home Manşet 30 illik həsrət sona çatdı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qələbəyə...

30 illik həsrət sona çatdı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qələbəyə nail oldu – Arzu Nağıyev

406
0
SHARE

30 illik həsrət sona çatdı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qələbəyə nail oldu, torpaqlarımızın işğalına son qoyuldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, sentyabrın 27-dən başlayan döyüşlər Azərbaycanın əsl gücünü göstərdi, müzəffər ordumuz qısa müddət ərzində ermənilərin öz orduları haqqında uydurduğu mifi alt-üst etdi, ermənilərin 30 ildə qurduğu istehkamları qısa müddət ərzində darmadağın edərək 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad etdi:

“Döyüşlərin ilk günlərində Ermənistan ümid edirdi ki, kimsə Azərbaycanı dayandıracaq, beynəlxalq aləm ölkəmizə təzyiq edərək Ermənistanı xilas edəcək. Lakin cənab Prezident İlham Əliyev Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, bütün beynəlxalq təzyiqlərə sinə gələrək bütün torpaqlarımız işğaldan azad edilənə qədər ordumuzun dayanmayacağını qəti şəkildə bəyan etdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı dayandırmaq üçün bütün cəhdləri uğursuz oldu, münaqişəyə digər ölkələri cəlb etmək təxribatları iflasa uğradı.

Böyük strateji əhəmiyyətə malik olan Şuşanın qüdrətli ordumuz tərəfindən işğaldan azad edilməsi isə Ermənistanı çıxılmaz vəziyyətə saldı.

Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı.

Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Ermənistan baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.

Bu sənəddə qeyd olunan bütün məsələlər Azərbaycanın maraqlarına tam cavab verir. Bu, Azərbaycanın böyük qələbəsidir. Bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm”.