Home Manşet Sədaqət Vəliyeva: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi Qələbəmizin rəmzinə, xalqımızınqələbə ruhuna...

Sədaqət Vəliyeva: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi Qələbəmizin rəmzinə, xalqımızınqələbə ruhuna çevrildi

318
0
SHARE

“Bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə  tarixini yaşayır. Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz, qürurlu, ləyaqətli xalqımız  Ermənistanı rəzilduruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan“dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi vətorpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüzaydın olsun!”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayontəşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevadeyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinə son qoyuldu: “Uzun illər davamedən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımızerməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın “statusu” məsələsinə də son qoyuldu və yurd həsrətilə yanan, qovrulan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq”.

Sədaqət Vəliyeva əlavə edib ki, artıq Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti  mövcud olacaq: “Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovankimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi.Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üçün  Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiyahərbçiləri fəaliyyət göstərəcək. Bundan sonra bütün azadolunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün azad olunmuş torpaqlarımızda yalnızAzərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün azadolunmuş torpaqlarımızda Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan NaxçıvanlaAzərbaycanın arasında  bütün kommunikasiya xəttləri bərpaediləcək”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi Qələbəmizin rəmzinə, xalqımızınqələbə ruhuna çevrildi.