Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var. Qələbə çoxvektorludur, şaquli dərin və üfüqi coğrafi. İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkzlərindən birinə çevriləcək. Düşməni və onun havadarlarını pərişan edən, İrəvan artıq Türkiyənin vilayətidir, deməyə məcbur olanlar da məhz bu strateji dərinlikdən başı çıxanların qurduğu cümlədir. Beləliklə xalqımızın Vətən Müharibəsinin, İstiqlal Savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı. Qısaca olaraq, bu tarixi qələbəyə necə gəldiyimizin siyasi arxeologiyası isə belədir. Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya geçməsi dövrü. Yəni 1920-cildən 1988 ci ilədək davam edən mərhələnin bitməsi. 1990-94–cü illər assimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycnın uduzdurulması. 1994-97-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxçınlaşmaq mərhələsi. 2001- ci ildə Ki Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003- 2016 –cı illər strateji sükut yaxud səssiz müharibə dövrü. 2016-2018 –ci illər Strateji sükut və səssiz müharibə dövründə Azərbaycanın müharibəyə hazırlığının test edilməsi mərhələsi. Aprel və Günnüt döyüşləri. 2018-2020 iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi–siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilmsi. 2020–ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9–na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kaputiliyasiya aktına qol çəlməsi .Ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə onu bitirmək ondan da çətindir .Üstəlik yaşadığımız mürəkkəb regionda mövcud oaln güc balansları kontektində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsilə də taclandırdı. Hazırda isə çox fəal və sürətli post-müharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məslələrdən bir xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir. Bəzi kommmunikasiya və təhlükəsizlik məsələrinin aparacağı vaxtı çıxmaq şərtilə elə dərhal bu proses başlayacaq. Yeddi rayonunuzda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeydsiz şərtsiz bərpa olaunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq. Keçmiş Dağlıq Qarabağ adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq. Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul edikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə gətirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə əsla yaşaya bilməyəcəklər.