Home Manşet Azərbaycanın böyük Qələbəsindən qorxanlar

Azərbaycanın böyük Qələbəsindən qorxanlar

306
0
SHARE

Qarabağ Azərbaycandır! Bu artıq bir tarixdir – Azərbaycanın şərəf salnaməsidir. Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” həqiqətini bütün dünyaya car çəkdi.

Və bu gün hər birimiz çox böyük fəxarətlə, qürurla deyirik – Qarabağ Azərbaycanındır. İndi tək Qarabağda deyil, Araz çayından başlamış ta Murov zirvəsinədək şanlı Azərbaycan əsgərinin ayaq səsləri, cəngisi yüksəlir, Şuşada azan səsi yüksəlir, Xudafərində qürurla dalğalanan Azərbaycan bayrağının yanındakı igid Azərbaycan əsgəridir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı qələbə bir tarixdir – Şanlı Qələbə və Şanlı Tarix. Amma təəssüflər olsun ki, içimizdə bu Şanlı Qələbə və Şanlı Tarixi üzüağ, başıuca deyil, şərəfsiz və ləyaqətsiz kimi qarşılayanlar da tapıldı. Bəli, elə Azərbaycan əsgərinin başını əzdiyi ermənilər kimi – saçlarını yolub, yaxalarını cırdılar.

Bu gün bəzi üzdəniraq “özümüzünkülər”, əslində isə maskalanmış bu sorosçular, erməni istəkliləri xalqımızın bu böyük bayramına, Ordumuzun şanlı qələbəsinə çamur atmaq istəyirlər. Çox təssüf. Təəssüflər ki, bu müqəddəs savaşımızda içimizdə üfunət yayan bu cür ünsürlər və murdarlar hələ də var.

Sorosun Ermənistanda hakimiyyətə gətirdiyi qüvvələr, simalar bu gün Yerevanın mərkəzində linç edilir. Ədalət bərpa edilir – erməni ədaləti. Bəs bu Sorosun Azərbaycandakı tör-töküntülərinin layiq olduqları yer nə zaman göstəriləcək.

Bu insanlar üçün Xalq, Torpaq, Ordu, Dövlət, Ərazi Bütövlüyü anlayışı, bunlar üçün müqəddəs sayılacaq heç nə yoxdur. Bir məqsədləri var – Soros dayının ideyalarını həyata keçirmək. Bu ideyaların həyata keçməsində müvəqqəti, birdəfəlik vasitə vəzifəsini yerinə yetirmək.

Vətən müharibəsi başladı və altı həftə ərzində zəfərlə başa çatdı. Bu qısa zaman kəsiyində Azərbaycan xalqı görünməmiş birlik nümayiş etdirdi. Ali Baş Komandandan başlamış, Şəkinin ucqar dağ kəndində yaşayan yaşlı təqaüdçüyə qədər hər kəs Silahlı Qüvvələrə Yardım Fonduna dəstək nümayiş etdirdi. Hər kəs nəyə gücü çatdısa, dəstəyini verdi. Əsas məsələ o idi ki, hamı zərbəni bir nöqtəyə vurdu. İnsanlar yaşından və fiziki durumundan asılı olmayaraq, Vətən uğrunda, Torpaq uğrunda savaşa sarıldı. Körpəsindən tutmuş son nəfəsində olanadək hər kəsin nəzəri Ali Baş Komandan İlham Əliyevdə idi. Hər kəs Ali Baş Komandan İlham Əliyev və onun qurub yaratdığı Qüdrətli Orduya inanırdı. Ali Baş Komandan İlham Əliyev bu inamı 17 illik fəsliyyəti ilə qazanmışdı. O, bu inam üzərində irəlı gedərək Azərbaycanı bütövləşdirdi.

Həmin dövrdə Sorosun içimizdəki paşinyanları bəs nə etdilər? Heç nə! Əli Kərimlidən başlamış ta küncdəki xırda troluna qədər Sorosun bu inkubatorları Vətən naminə nə etdilər? Heç nə! Bunların hansı biri Ordumuzun yanında oldu? Heç biri! Əli Kərimli, Əsgərlərimizin Qarabağ uğrunda qan tökdüyü, qan itirdiyi bir zaman, Böyük Britaniyada eyş-işrət içində yaşayan oğlanlarının lüks həyatına mane olmamaq şərtilə sən nə etdin? Sənin trolların, elə özün də Sorosdan aldığın maliyyədən Ordumuza azacıq da olsa, dəstək niyə vermədin? Bu gün Qələbəmizə şübhə ilə yanaşmaq istəyən bu …cıqlar və … ciklər qanlı savaşın getdiyi günlərdə niyə qaranlıqda, küncdə gizlənmişdilər? Bu yerdə sual etmə ki, mənə nə veriblər. Özünə sual ver ki, mən Vətən üçün nə etdim? Əslində, Vətən övladı kimi heç nə! Amma içindəki xislətinlə, xəyanətinlə Azərbaycana qarşı hər şey etdin. Sorosun pullarını soran sizlər hər xəyanəti etdiniz və bu gün də davamdasınız.

Unutmayın, ermənilər Yerevanda Soros fondunun ofisini yerlə yeksan etdilər. Biz, Azərbaycan xalqı isə ermənilərin Soros taleyini yaşamaq niyyətində deyilik, Xalqımız 30 il erməni xislətinin nazına dözdü və nəhayət, bu məsələyə Ali Baş Komandan İlham Əliyev tərəfindən nöqtə və “!” işarəsi qoyuldu. Bu ! işarəsinin el anlamında işlək forması sizlər üçün də ola bilər.

Xalqın hissi ilə bu qədər oynamayın. Xalq sizin ətrafa yaydığınız üfunətə daha dözməli deyil.

Hüseyn Paşayev,

YAP Siyasi Şurasının üzvü,

YAP Mətbuat Xidmətinin rəhbəri