Home Cəmiyyət Mən Azərbaycanda İsveçrədən daha azadam – İsveçrəli saat ustası (FOTO)

Mən Azərbaycanda İsveçrədən daha azadam – İsveçrəli saat ustası (FOTO)

177
0
SHARE

Mənim Azərbaycanda azadlığım İsveçrədə olduğundan daha çoxdur.

Trend-in məlumatına görə, bunu 2013-cü ildən Azərbaycanda yaşayan isveçrəli saat ustası Loran Valet deyib.

Cenevrədə böyümüş və təhsil almış L.Valet yeddi il əvvəl müştərilərinin birinin təklifi ilə Azərbaycanda işləməyə başlayıb.

O hesab edir ki, Avropada insanlar yardımlaşma hissini artıq itirib, Azərbaycanda isə bu dəyərlər qorunub saxlanır:

“Həm də Azərbaycanda fərdi azadlıq daha az məhdudlaşdırılır. Məsələn, mən İsveçrədə öz avtomobilimlə digər əyalətdə yerləşən torpaq sahəmə getmək üçün icazə almalıyam. Burada isə sərbəst şəkildə hər yerə gedə bilərəm, heç kimin nə isə iddia etmək fikri yoxdur”.

L.Valet əlavə edib ki, Dağlıq Qarabağda baş vermiş münaqişə ilə əlaqədar olaraq vəziyyət qeyri-stabil olsa da, ölkəni tərk etmək fikri yoxdur:

“Səfirlikdən ölkəni tərk etmək tapşırığı gəlməyənədək mən burada qalacağam”.