Home Manşet Paşinyan: Acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik, xaos ola bilərdi

Paşinyan: Acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik, xaos ola bilərdi

220
0
SHARE

Araik Arutunyan və mən xaosa səbəb olmamaq üçün acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik.

Trend-in məlumatına görə, bunu xalqa müraciətində Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib: “Sənədi imzalamadan əvvəl niyə xalqla məsləhətləşmədim? Çünki xalqa acınacaqlı vəziyyət haqqında məlumat versək, ciddi çaxnaşmalar ola bilərdi.

Bu sənədi imzaladıqdan sonra mən yalnız siyasi deyil, həm də fiziki cəhətdən təhdid altında olacağımı bilirdim, amma mənim üçün 25 min əsgərimizin həyatını xilas etmək daha vacib idi”.