Polşanın paytaxtı Varşavada millətçilərin yürüşü keçirilib.
Trend-in məlumatına görə, aksiya şəhər rəhbərliyinin qadağasına baxmayaraq təşkil olunub.
Yürüş zamanı iştirakçılarla polis arasında toqquşmalar yaşanıb. İğtişaşlar nəticəsində 35 polis əməkdaşı yaralanıb.
Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Aksiya nəticəsində şəhər infrastrukturuna ciddi ziyan dəyib.