Home Dünya xəbərləri Qazaxıstanda koronavirusa daha 587 nəfər yoluxub

Qazaxıstanda koronavirusa daha 587 nəfər yoluxub

285
0
SHARE

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 587 nəfər yoluxub.

Trend-in “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 118 491 nəfərə çatıb.

 

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 108 632 nəfəri sağalıb, 1 899 nəfəri isə vəfat edib.