Home Dünya xəbərləri Rusiyada bir gündə koronavirusdan 439 nəfər öldü

Rusiyada bir gündə koronavirusdan 439 nəfər öldü

381
0
SHARE

Rusiyada koronavirusa yoluxanların sayı 1,85 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 21 608 nəfər virusa yoluxub, 439 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 858 568 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 32 032 nəfərə çatıb.

 

Ölkə ərazisində ümumilikdə 1 388 168 nəfər virusdan sağalıb, 438 368 nəfərin müalicəsi isə davam edir.