Ehtiyac olacağı təqdirdə heç bir tərəddüd etmədən Azərbaycana lazımi dəstəyi verəcəyik.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, Türkiyə imzalanmış atəşkəs sənədinin şərtlərinin yerinə yetirilməsi, bütün torpaqların sahiblərinə geri qaytarılması və bölgədə sülhün bərqərar olmasını yaxından təqib edir.
“Azərbaycanın tələblərindən heç bir halda vaz keçməyəcəyik və qeyd etdiyimiz kimi, ehtiyac olacağı təqdirdə tərəddüd etmədən Azərbaycana hər cür dəstək verəcəyik. Azərbaycanın mübarizəsi bizim mübarizədir. Sevinci sevincimiz, kədəri kədərimizdir” – deyə, açıqlamada qeyd olunur.