Home Manşet Ermənilərin 30 ildə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarına qiymət veriləcək

Ermənilərin 30 ildə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarına qiymət veriləcək

181
0
SHARE

Ermənilərin 30 il müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarına qiymət veriləcək.

Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, əvvəllər o ərazilər işğal altında olduğu üçün fiziki olaraq ermənilərin törətdiyi vandalizm aktına qiymət verilməsi mümkün deyildi: “Artıq o ərazilər işğaldan azad edilib və bizim orada ermənilərin törətdiyi vandalizm əməllərini və ərazlilərimizə vurulan ziyanı qitməytləndirmək imkanımız var”.

H.Hacıyev vurğulayıb ki, bu məsələlərin qiymətləndirilməsi üçün beynəlxalq və yerli ekspertlər cəlb olunacaq və əldə edilmiş nəticələr beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılacaq.