Home Dünya xəbərləri Kanadada koronavirusa yoluxanların sayı 286 min nəfəri ötüb

Kanadada koronavirusa yoluxanların sayı 286 min nəfəri ötüb

295
0
SHARE

Kanadada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 225 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 286 701 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 54 nəfər ölüb, ölənlərin ümumi sayı 10 826 nəfər təşkil edir.