Home Dünya xəbərləri Kolumbiyada torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb

266
0
SHARE

Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində ən azı üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə “Efe Eme” radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Dabeyba bələdiyyəsində baş verib. Güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu. Ən az 12 nəfərin itkin olduğu qeyd edilir.

Hadisə yerində xilasetmə briqadası fəaliyyət göstərir.