Home Manşet Politoloq Şəbnəm Həsənova ARB telekanalı “Günə doğru” verilişinə telefon bağlantısı ilə qoşulub

Politoloq Şəbnəm Həsənova ARB telekanalı “Günə doğru” verilişinə telefon bağlantısı ilə qoşulub

802
0
SHARE

Politoloq Şəbnəm Həsənova ARB telekanalı “Günə doğru” verilişinə telefon bağlantısı ilə qoşulub və Qarabağ münaqişəsini Minsk Qrupu sülh yolu ilə həll edə bilərdimi? Fransanın bundan sonra vasitəçi kimi çıxış etməyə haqqı qalıbmı? Bundan sonra Cənubi Qafqazda proseslər necə cərəyan edəcək? Bölgənin gələcəyi necə görünür? kimi sualları cavablandırıb.

Politoloq bildirib: “İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də bu günlərdə Fransanın səsləndirdiyi bəyanatlar sübut edir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Bir daha aydın olur ki, həmsədrlərin problemi ədalətli həll etmək üçün nə məqsədi yox idi, nə də ümumiyyətlə onlar buna çalışmırdılar.

Fransanın sərgilədiyi mövqe ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna zidd olmaqla yanaşı, həm də anneksiya siyasətinə dəstək verməkdir. Bu baxımdan da Fransanın bundan sonra vasitəçi kimi çıxış etməyə haqqı qalmayıb. Fransanən Bütün bunlara baxmayaraq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altdında müzəffər ordumuzun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti kökündən dəyişdi. ATƏT-in Minsk qrupunun diplomatik səyi ilə deyil, məhz cənab Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu və beləliklə də Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu illər ərzində həmsədrlər münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərmədilər. Hətta indi belə həmsədr ölkə olan Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur. Bundan əlavə, mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduqları planları baş tutmadığı üçün bu dövlətlər ciddi narahat olurlar.  Daha dəqiq desək Cənab Prezidentin qətiyyəti Cənubi Qafqazda qurulacaq çirkin siyasi oyunlara mane oldu. Bu gün cənab Prezident İlham Əliyev yüksək siyasi və diplomatik səriştə nümayiş etdirərək təkcə Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə son qoymur, eyni zamanda bölgənin yeni siyasi konfiqurasiyasını formalaşdırır. Mövcud münaqişənin həll edilməsi əslində Ermənistanın inkişaf perspektivi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, məhz işğal siyasətinə görə siyasi və iqtisadi cəhətdən blokada şəraitində olan, eyni zamanda bütün regional layihələrdən də bilərəkdən təcrid edilən Ermənistanın gələcəyi baxımından münaqişənin həll edilməsi onun bir dövlət kimi ancaq xeyirinə olacaq.

Hər kəs anlamalıdır ki, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması istər Azərbaycanın, istərsə də Ermənistanın maraqlarına uyğundur və bu missiya Cənubi Qafqazla heç bir tarixi, siyasi, iqtisadi əlaqələri olmayan ölkələri narahat etməməlidir. Artıq hərbi əməliyyatların bitməsini nəzərə almalı olan bu dairələr ultimativ ritorikadan çəkinərək Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə səsləsələr daha məqsədəuyğun olar.””