Home Manşet Məsələnin iki tərəfi: biri humanizm, digəri vandalizm

Məsələnin iki tərəfi: biri humanizm, digəri vandalizm

199
0
SHARE

“İşğalda olduğu müddət ərzində beynəlxalq hüquq normalarına tamamilə zidd olaraq Kəlbəcərdə Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilib. Azərbaycan tərəfi də münaqişənin gərginlik fazası yaranana qədər beynəlxalq hüquqi sənədlərə istinadən birmənalı şəkildə beynəlxalq aləmə və dünya ictimaiyyətinə hər zaman öz açıqlamalarında bildirib ki, işğal edilmiş ərazilərimizdə məskunlaşmaların aparılması qeyri-qanunidir və bunun heç bir hüquqi qüvvəsi yoxdur. Orada kəlbəcərlilər yaşayıb və kəlbəcərlilər öz evlərin, ev əşyalarını salamat qoyub çıxıblar. Qeyri-qanuni məskunlaşan ermənilər Kəlbəcərdən çıxarkən öz mənfur xislətlərinə sadiqlik nümayiş etdirərək vandal olduqlarını bir daha göstərir, evləri, meşələri yandırır, təbiətə, ətraf mühitə ciddi ziyan vuraraq oranı tərk edirlər. Bütün dünya anlamalıdır ki, ermənilər Kəlbəcərə müvəqqəti gəlib məskunlaşıblar və orada heç bir ev tikməyiblər. Buna görə də orada olan mülkiyyətin də hər hansı bir hüquqi qüvvəsi yoxdur”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, 1993-cü ildə Kəlbəcər işğal edilərkən Ermənistan azərbaycanlıların oradan nəyinki rahat, heç salamat çıxmasına da imkan vermirdi: “500-dən artıq dinc sakin öldürülmüşdü. İnsanlar soyuqdan donaraq, ayaqyalın, başıaçıq, heç bir nəqliyyat vasitəsi olmadan, hətta özlərinə məxsus olan əşyalarını belə götürməyə imkan tapmadan sadəcə tək canlarını qurtarmağa çalışırdılar ki, buna baxmayaraq erməni quldurları mülki Azərbaycan əhalisini qaçdığı yerdə atəşə tuturdu”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanata uyğun olaraq Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz azad etməlidir: “Azərbaycan isə hər zaman olduğu kimi humanizm prinsipinə sadiq qalaraq vasitəçilərin xahişi ilə ermənilərin Kəlbəcərdən çıxmasına xeyli vaxt verib, amma onlar erməni xislətinə sadiq qalaraq yenə öz vəhşiliklərini, barbarlıqlarını göstərirlər. Bütün bunlar bir daha Azərbaycanla Ermənistanın fərqini əyani şəkildə, faktlarla sübut edir. Bu gün dünya ictimaiyyəti əgər bir tərəfdə vəhşi, vandal, barbar Ermənistan görürsə, digər tərəfdə isə humanist, tolerant Azərbaycan görür. Təbii ki, Ermənistan tərəfi vurduğu ziyanla bağlı Azərbaycan tərəfinə beynəlxalq hüquq qarşısında cavab verəcək və təzminat ödəyəcək”.