Home Manşet Hikmət Babaoğlu: Çar Rusiyasının varisi olan ölkənin birinci şəxsinin fikirləri

Hikmət Babaoğlu: Çar Rusiyasının varisi olan ölkənin birinci şəxsinin fikirləri

202
0
SHARE

Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləriylə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olmasıyla bağlı səsləndirilən fikirdir ki, bu əslində 100 ildir ki, ermənilər tərəfindən spekuliyasiya edilən bu mövzuya birdəfəlik son qoydu .Nəzərə almaq lazımdır ki, bu fkrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən Çar Rusiyasının varisi olan bir ölkənin birinci şəxsidir. Beləliklə də, həm tarixi, həm hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipuliyasıyasını  onların əlindən alır. İkincisi, Pusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ona qarşı edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqləri ilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu normal hal hesab edir. Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Türkiyənin də bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir. Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlı Qarabağla məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyatı olmadığını deyir. Bütün bunlar isə əslində Azərbaycanın regionumuzda yaratdığı yeni geostrateji reallığın yaratdığı yeni şərtlərin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir. Düşünürəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı marrifləndirmə xarakteri daşıyır. Eyni zamanda Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə də bəzi rus media qrumları da bundan müyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar. Ən sonda isə Putin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə intihar etmiş olacaqdı. Bütün bunlar isə bir sonrakı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır ki, bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur.