Home Manşet Vüqar Rəhimzadə: Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, “böyük bacı” missiyası bu ölkənin beynəlxalq...

Vüqar Rəhimzadə: Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, “böyük bacı” missiyası bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir

286
0
SHARE

“44 günlük müharibə dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirir. ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu ölkənin rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, fikirlər səsləndirmələri Fransanın beynəlxalq etimad limitini tükətməkdədir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, Ermənistana münasibətdə, əgər belə demək mümkündürsə, “böyük bacı” missiyasını yerinə yetirməsi bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir: “Bu kontekstdə Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri nəinki Azərbaycan-Fransa münasibətlərinə, hətta beynəlxalq hüququn norma və prinsiplərinə ciddi zərbə vurur. Əslində, bu fikirlərlə fransız məmur Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirmək niyyətini ortaya qoyur. Fransa rəsmisinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Belə görünür ki, Fransa kimi bir ölkə 3-5 erməninin əlində əsir-yesir qalıb, yaxud erməni lobbisi tərəfindən bu dövlətin rəsmiləri satın alınıb”.

Baş redaktor diqqətə çatdırıb ki, Paris meri Enn İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyəti dayanır: “Hər kəs yaxşı bilir ki, mer Enn İdalqo Fransa erməniləri ilə sıx işbirliyindədir. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin CCAF təşkilatının rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə sübut edir ki, Paris meri Enn İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyəti dayanır”.

“2015-2018-ci illərdə Parisin meri Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O, Ermənistanda yaradılmış TUMO Center for Creative Technologiesin Paris bölməsinin açılışında iştirak edib və bu mərkəzə hərtərəfli dəstək göstərib. TUMO-nun hətta Xankəndidə də ofisi olub” deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni lobbisi ilə sıx işbirliyində olan Paris meri Enn İdalqo anlamalıdır ki, o, Fransanın milli maraqlarını bir qrup erməninin girovuna, daha doğrusu nəfsinin alətinə çevirib: “Bəlli olan faktlarla yanaşı, o da məlumdur ki, Enn İdalqo Fransada erməni kilsəsinin açılışında iştirak edib, dəfələrlə qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, eyni zamanda, Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləyən təşəbbüslər irəli sürüb və marafonlar təşkil edib. Bu gün nəinki Paris meri, hətta Makron belə anlamalıdır ki, Ermənistanın belə tanımadığı qondarma separatçı rejimi dəstəkləməklə Fransa faktiki olaraq terrorizmi, işğalçılığı, təcavüzü dəstəkləmiş olur. Bəlkə də Paris meri bu cür təşəbbüslə çıxış etməklə dünyaya bir daha mesaj vermək istəyir ki, Fransa yaxın keçmişdə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırım törətmiş bir ölkədir”.