Home Dünya xəbərləri Hondurasda “Yota” fırtınasının fəsadları 355 mindən çox insana təsir göstərib

Hondurasda “Yota” fırtınasının fəsadları 355 mindən çox insana təsir göstərib

342
0
SHARE

Hondurasda “Yota” tropik fırtınası ən az 357,3 min insana öz təsirini göstərib.

Trend-in məlumatına görə, bu barədə Tribune qəzeti Respublika Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin aradan qaldırılması İdarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, ölkədə dörd böyük torpaq sürüşməsi baş verdi, 30-dan çox yol hissəsi torpaq altında qaldı. 7 mindən çox yaşayış binasına zərər dəyib, ən azı beş nəfər həlak olub.

 

Hal-hazırda 750 sığınacaqda təhlükəli bölgələrdən qaçan 60 mindən çox insan yerləşdirilib.

Qeyd edək ki, 4-cü kateqoriyalı “Yota” qasırğası Nikaraquanın Karib dəniz sahillərini vurub. Hondurasa doğru gedərkən siklon fırtınaya qədər zəiflədi və sonra tropik depressiyaya çevrilib.