Home Dünya xəbərləri Qazaxıstanda koronavirusa daha 762 nəfər yoluxub

Qazaxıstanda koronavirusa daha 762 nəfər yoluxub

284
0
SHARE

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 762 nəfər yoluxub.

Trend-in “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 123 097 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 111 172 nəfəri sağalıb, 1 945 nəfəri isə vəfat edib.