Home Cəmiyyət Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi

Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi

184
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 93 094 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstə sayı 28 122 nəfərdir.

Ölkədə son sutka ərzində 15 175, hazırkı dövrədək isə 1607 455 test aparılıb.