Home Dünya xəbərləri Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb

186
0
SHARE

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 604 mindən çox artıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 604 943 nəfər yeni koronavirusa yoluxub, 9 237 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 57 882 183, ölənlərin isə 1 377 395 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.