Home Manşet Türkiyə Silahlı Qüvvələri Dağlıq Qarabağdakı Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

Türkiyə Silahlı Qüvvələri Dağlıq Qarabağdakı Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

222
0
SHARE

Türkiyə Silahlı Qüvvələri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağdakı Monitorinq Mərkəzində 1 il faəliyyət göstərəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi xəbər verib.

Bildirilib ki, sözügedən mərkəzin yaradılması və vəzifə prinsipləri ilə bağlı texniki detallar barədə müzakirələr davam edir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.