Home Manşet Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib

300
0
SHARE

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb.

Bu barədə Xarici İşlər Nazirliyindən Trend-ə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.